Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (əks-kəşfiyyat) rəhbəri vəzifəsinə Türkiyə əsilli Sinan Selen təyin ediləcək.
AzPost bildirir ki, bu barədə Almaniya parlamentinin (Bundestaq) deputatlarına istinadən “Bild” qəzeti mlumat yayıb.
Sinan Selen 1972-ci ildə İstanbulda doğulub. 4 yaşı olduqda ailəsi ilə birlikdə Almaniyaya köçüb. Köln universitetində hüquq sahəsində təhsil alan Selen Almaniya XİN-də hüquqşünas işləyib.
2019-cu ildə isə əks-kəşfiyyat rəhbərinin müavini təyin olunub.