EN

Alamniyanın əks-kəşfiyyatına türk əsilli Sinan Selen rəhbərlik edəcək

Hurriyyet.az xəbər verir ki, əslən Türkiyədən olan Sinan Selen Almaniya Konsitusiyasının Mühafizəsi Federal İdarəsinin (əks-kəşfiyyatın) rəhbəri postunu tutacaq.

Bu barədə "Bild" nəşri parlamentdəki mənbələrə istinadla məlumat verib. Təyinat barəsində məlumat bu gün bəyan edilib. Kadr dəyişikliyi barəsində müvafiq məktunu AFR daxili işlər naziri yazacaq.

Selen 1972-ci ildə İstanbulda dünyaya gəlib. Dörd il sonra valideynləri - Almaniya dövləti tərəfindən maliyyələşdirilən "Deutsche Welle"  media qrupunun jurnalistləri ilə birlikdə Almaniyaya köçüb. Selen Almaniyanın Daxili İşlər Nazirliyində və Federal Polis İdarəsində inzibati hüquq sahəsində hüquqşünas kimi işləyib. 2019-ci ilin yanvarında əks-kəşfiyat rəhbərinin müavini vəzifəsinə təyin edilib. Sinan Selen bu yaxınlarda Almaniyanın daxili kəşfiyyatının yeni konsepsiyasını hazırlamaq və onun yenidən qurulmasına başlamaq çağırışı ilə çıxış etmişdi.

Hürr Tərcüman

Chosen
22
3
hurriyyet.az

4Sources