EN

İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dələduzluq etməkdə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V.A və tanışı T. B. cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsində prosesə çağırıldıqları halda iştirak etməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Oktyabrın 20-də keçirilməsi nəzərdə tutulan növbəti iclasda ifadəsi alınmayan şahidlərin iştirakı gözlənilir.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Chosen
23
10
oxu.az

10Sources