EN

Parkinson xəstəliyinin İlk əlamətləri: Nələrə diqqət etməli?

Parkinson xəstəliyi, sinir sistemini təsir edən və hərəkət qabiliyyətini tədricən zəiflədən xroniki bir xəstəlikdir.

E-saglam.az xəbər verir ki, Əsas səbəbi beyində dopamin adlı sinir hüceyrələrinin azalmasıdır. Dopamin əzələlərin hərəkətini tənzimləməyə kömək etdiyi üçün onun azalması titrəmələr, əzələ sərtliyi və hərəkət zəifliyi kimi simptomlara səbəb olur.

Parkinson xəstəliyinin ilkin mərhələdə bir çoxu incə və yavaş müşahidə edilə bilər. Hər bir kəs öz sağlamlığının qeydinə qalmaq üçün belə halları nəzarətdə saxlamalıdır. Ən çox görülən əlamətlər bunlardır:

Parkinson xəstəliyində ilk əlamətlərdən biri əllərdə və ya barmaqlarda titrəmədir, xüsusilə istirahət zamanı bu titrəmə daha aydın görünür. Hərəkətlərin yavaşlaması (bradikineziya) də müşahidə olunur; gündəlik işlərdə daha çox vaxt sərf etmək lazım gəlir. Əzələ sərtliyi (rigidlik) əzələlərdə gərginlik və ağrı hissi yaradır. Üz ifadələrinin azalması (maskalı üz) mimik hərəkətlərin azalmasına səbəb olur və üz daha sərt görünür. Gəzərkən addımların kiçilməsi və ya yavaşlaması da müşahidə olunur; addımlar qısa və sürət yavaş olur. Tarazlıq və koordinasiya problemləri isə düşmə riskini artırır. Səsin zəifləməsi və nitqdə dəyişikliklər, yəni səs tonunda azalma və tələffüzdə fərqlilik də baş verə bilər. Bundan əlavə, yuxu və duyğu problemləri, yorğunluq, yuxu pozğunluğu və depressiya kimi əlamətlər də görülə bilər.

Parkinson xəstəliyi tədricən irəlilədiyi üçün erkən mərhələdə simptomlar fərqli insanlarda müxtəlif səviyyədə görünə bilər. Əgər bu əlamətlərdən bir neçəsi müşahidə olunursa, mütəxəssis həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və müalicə həyat keyfiyyətini xeyli yaxşılaşdıra bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources