EN

Kirk sui-qəsdindən sonra Ali Məhkəmənin təhlükəsizliyi üçün əlavə maliyyə vəsaiti tələb olunur

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkədə dövlət məmurlarına qarşı artan təhdidlər fonunda Ali Məhkəmənin təhlükəsizliyinin təmin edilməsi üçün Konqresdən əlavə təhlükəsizlik vəsaiti tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Keçən həftə sosial media fenomeni və aktivist Çarli Kirkin iştirak etdiyi tədbirdə silahlı hücum nəticəsində öldürülməsi ölkədə ciddi ictimai rezonans doğurub.

Ağ Ev rəsmilərinin Konqresə göndərdiyi rəsmi sənəddə, Kirk cinayətinin cəmiyyətdə yaratdığı təsirə toxunulub və son dövrlərdə ABŞ-də dövlət məmurlarına yönələn təhdidlərin artdığına diqqət çəkilib.

Ali Məhkəmənin və əməkdaşlarının təhlükəsizliyini gücləndirmək üçün 58 milyon dollarlıq təcili fondun təsdiqlənməsi istənilən sənəddə bildirilib.

Açıqlamada qeyd olunub ki, tələb olunan bu təhlükəsizlik fondu, hakimlər üçün əlavə mühafizə tədbirlərinin həyata keçirilməsi məqsədilə ABŞ Mareşallar Xidmətinə (U.S. Marshals Service) ayrılacaq. 

Bu qərarın dövlət məmurlarına qarşı artan təhdidlər səbəbilə zəruri olduğu vurğulanıb.

Sənəddə həmçinin aşağıdakı ifadələrə yer verilib:

"Administrasiya qanunverici orqan üçün təhlükəsizlik və mühafizə tədbirlərinə ayrılan vəsaitin artırılmasını dəstəkləyir və bu məqsədə çatmaq üçün ən uyğun yol barədə Konqreslə məsləhətləşmələr aparır".

Chosen
13
1
operativmm.az

2Sources