BAKI, 15 sentyabr. TELEQRAF
"Aston Villa" klubunun baş məşqçisi Unay Emeri İngiltərənin digər təmsilçisi "Mançester Yunayted"ə keçə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Give Me Sport" nəşri məlumat yayıb.
İspaniyalı mütəxəssis bu postda Ruben Amorimi əvəzləyə bilər.
“Mançester Yunayted” hazırda 4 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü, “Aston Villa” isə 2 xalla 19-cu pillədədir.
Qeyd edək ki, Unay Emeri əvvəllər İspaniyada "Vilyarreal", "Valensiya", "Almeriya", İngiltərədə "Arsenal", Fransada PSJ, Rusiyada isə "Spartak" klubunun baş məşqçisi olub.