EN

Berlin: “Təzminat əvəzinə təhlükəsizlik”

AzVision.az xəbər verir ki, Polşa prezidenti Karol Navrotskinin Almaniyaya səfəri ərəfəsində Knut Abraham “RND” nəşrinə müsahibəsində təzminatlar məsələsinin hüquqi baxımdan tənzimləndiyini bəyan edib.

Eyni zamanda, onun fikrincə, İkinci Dünya müharibəsində nasist rejiminin törətdiyi cinayətləri nəzərə alaraq Almaniyanın Polşa qarşısında öhdəliklərinin müasir şərhini vermək vacibdir. Knut Abraham Almaniya və Polşanın“bir-birini dəstəklədiyinə”də diqqət çəkib. O, qeyd edib ki, bu əlaqələr hərbi və maliyyə cəhətdən də gücləndirilməlidir.

“Almaniya hökumətinin komissarı Polşa prezidentinə mesajın belə olmalıdır:Polşanın təhlükəsizliyinin hər hansı şəkildə möhkəmləndirilməsi – istər maliyyə yardımı, istər silah sistemləri, istərsə də Bundesver bölmələri –həm də Almaniyanın təhlükəsizliyinin gücləndirilməsi deməkdir”,- almaniyalı məmur vurğulayıb.

Xatırladaq ki, “Qanun və Ədalət Partiyası”nın hakimiyyəti dövründə (2015-2023) Varşava İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə Almaniyanın təzminat ödəməsi məsələsini bir daha gündəmə gətirdi. 1 sentyabr 2022-ci ildə 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və işğalı nəticəsində Polşanın itkilərini qiymətləndirən və ümumi zərərin məbləğin 6,2 trilyon zloti (təxminən 1,5 trilyon ABŞ dolları) təşkil etdiyini bildirən üç cildlik hesabat dərc olundu.

Lakin Almaniya hökuməti dəfələrlə bəyan edib ki, Berlin ödənişlər üçün heç bir hüquqi əsas görmür, çünki Polşa 1953-cü ildə təzminatlardan rəsmən imtina edib. Donald Tuskun rəhbərlik etdiyi yeni Polşa hökuməti isə qeyd olunan məbləğdə ödəniş tələbindən imtina edərək, Almaniyaya dəymiş ziyanın təzminatı üçün “kreativ” yanaşma tapmaq təklifini verdi.

Sahil İsgəndərov
AzVision.az


Chosen
74
azvision.az

1Sources