BAKI, 15 sentyabr. TELEQRAF
Türkmənistanın Əfqanıstandakı səfiri Xoca Ovezov Əfqanıstan Ticarət və Sənaye Palatasının sədri Məhəmməd Kərim Haşimi ilə görüşüb.
Teleqraf xəbər verir ki, danışıqların əsas mövzusu iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı olub.
Bildirilib ki, hər iki ölkənin bazarlarında yerli məhsulların təbliğinə xidmət edən birgə sərgilər işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün mühüm vasitədir.
Türkmənistan-Əfqanıstan əməkdaşlığı enerji, ticarət və nəqliyyat sahələrində dinamik inkişaf edir. Prioritet istiqamətlər arasında Türkmənistan qazının və Əfqanıstana elektrik enerjisinin tədarükü, yeni elektrik xətlərinin və dəmir yolu marşrutlarının çəkilməsi daxildir.