Misli Premyer Liqasının IV turunda “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gələn "Şamaxı" yeni adı ilə ilk böyükhesablı qələbəyə imza atıb.
Offsideplus.az xəbər verir ki, klub Azərbaycan çempionatlarının yüksək dəstəsində 56-cı böyükhesablı qələbəsini qazanıb.
Bu, klub tarixinə indiki ad altında Premyer Liqadakı ilk böyükhesablı qələbə kimi düşüb. Komanda sonuncu dəfə “Keşlə” adlandığı vaxt üç və ya daha çox top fərqinə sevinib. 2022-ci il martın 12-də səfərdə “Səbail”ə 3 cavabsız qol vuran komanda, təxminən bir ay sonra Şamaxıya köçüb.
Qeyd edək ki, klub əvvəllər “Xəzər Universiteti” və “İnter” adlarını da daşıyıb.