Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikə "Dostluq" ordenini təqdim edib.
News24.az xəbər verir ki, mükafat qonağa Şuşada dövlət başçısının qəbulunda olarkən verilib.
Prezident Səlim bin Məhəmməd əl-Maliki bu münasibətlə təbrik edib.
***
Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik “Dostluq” ordeni ilə təltif edilib.
News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
