Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
Futbolçu klubun heyətinə salınıb və artıq Rusiya Futbol İttifaqının (RFU) himayəsi altında keçirilən rəsmi turnirlərdə iştirak etmək hüququ qazanıb.
"Rosputko artıq komandaya qoşulub, əsas heyətin üzvüdür. Onun bu gün "Çornomorets"ə qarşı oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək", deyə klubdan bildirilib. "Çayka" - "Çornomorets" oyunu sentyabrın 15-də Novorossiyskdə keçiriləcək və Bakı vaxtı ilə 20:00-da başlayacaq.
13 oktyabr 2023-cü il tarixində məlum olub ki, "Şaxtyor"un futbolçusu Rosputko Belçikanın "Antverpen" komandası ilə UEFA Gənclər Liqası oyunundan sonra vətənə qayıtmayıb. Qeyd edilib ki, aeroportda onun ancaq forması tapılıb, futbolçu isə özünün sosial şəbəkələrdəki bütün yazılarını silib və zənglərə cavab verməyi dayandırıb. Daha sonra məlum olub ki, o, Rusiyadadır və futbolçunun atası Rosputkonun Rusiya vətəndaşlığını almaq niyyətində olduğunu bildirib. 23 oktyabr 2023-cü il "Şaxtyor" futbolçu ilə müqaviləni birtərəfli şəkildə pozduğunu elan edib.