Mert Ramazan Demir və Miray Danerin baş rolunu paylaşacağı “Bize Bi şey Olmaz” serialının ilk afişası paylaşılıb.
OLAY yazır ki, oktyabrda çəkilişlərinin bitməsi planlaşdırılan 8 bölümlük serial “Disney Plus” platformasında yayımlanacaq. Layihədə həmçinin Yüsra Geyik, Ece Sükan, İdil Sivritepe, Sercan Badur, Yılmaz Bayraktar və başqa aktyor və aktrisalar rol alacaq.
Serialda bir-birlərinə tam zidd xarakterdə insanlar olan Lal və Aktanın sevgi münasibətindən bəhs olunur. Ətraflarındakı hamı bu münasibətə qarşı olsa da, onlar bir-birlərindən qopmurlar.
“Bəzi sevgilər niyə bitmir” sualına cavab axtarılan serialda eşqin fərqli mərhələləri izləyicilərə göstəriləcək.
