Abşeron rayonu, Saray qəsəbəsində 4 nömrəli tam orta məktəbin yolunun təmirsiz vəziyyəti valideynlərin haqlı narazılığına səbəb olub.
Yenilik.az-ın xəbərinə görə, oxu.az-a müraciət edən valideyn bildirib ki, yeni tədris ilinin başlanmasına baxmayaraq, məktəbin yerləşdiyi küçə keçilməz vəziyyətdədir.