EN

Şəhidimiz Əşrəf Məmmədlinin doğum günüdür

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Elman oğlu Məmmədli 1999-cu il sentyabrın 15-də İsmayıllı rayonunun Maçaxı kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub, 2019-cu ilin noyabr ayından etibarən isə DSX sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət etməyə başlayıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 17-də bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Əşrəf Məmmədli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Chosen
27
qht.az

1Sources