Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün səhər saatlarında 20-ci Sahədən “Azneft” dairəsi və əks istiqamətdə hərəkət etməli olan 5 nömrəli marşrut avtobuslarının xətdən çıxarıldığı iddia olunub.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.
Qeyd olunub ki, 20-ci Sahə və Əl Oyunları Sarayının qarşısındakı dayanacaqlarda saat 7:35-8:50 aralığında 5 nömrəli xətt avtobusları gözə dəyməyib. Nəticədə sərnişinlər yolda qalıblar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən ərazidən 5 və 6 nömrəli avtobuslar keçir.
“Öncədə də qeyd etdiyimiz kimi, 20-ci Sahədən 5, Salyan şosesindən 6 nömrəli xətt avtobusları hərəkət edib. Hər iki marşrut üzrə beş avtobus fəaliyyət göstərib.
5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərir. Birinci istiqamət metronun “Nəriman Nərimanov” stansiyası - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edir.
6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət metronun "Azadlıq Prospekti" stansiyası - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə - Bəhram Gur heykəlini əhatə edir”, - deyə T.Orucov bildirib.
Xatırladaq ki, Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı AYNA tərəfindən məlumat verilmişdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.