EN

“Fənərbaxça” Klublar Birliyində fəaliyyətini dayandırdı

“Fənərbaxça” Klublar Birliyində fəaliyyətini dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

    Buna səbəb “Trabzonspor”un prezidenti Ertuğrul Doğanın açıqlamaları olub. O, 3 iyul hadisələrinə istinad edərək “Fənərbaxça”nın FETÖ ilə əlaqəli olduğunu iddia edib və bu haqsızlığa son qoyulmasını tələb edib.

    “Sarı-lacivərdlilər”in prezidenti Ali Koç isə bu açıqlamalarına görə Ertuğrul Doğanın istefa verməsini tələb edib.

    Qeyd edək ki, ötən gün keçirilən “Fənərbaxça” – “Trabzonspor” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

    Chosen
    38
    4
    bakivaxti.az

    5Sources