EN

Prezident: "Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır"

"Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır".

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdə deyib.

Prezident İlham Əliyev bildirib ki, qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir.

“Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz”, - dövlət başçısı vurğulayıb.


Chosen
55
24
news24.az

10Sources