EN

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Rusiya Federasiyasının Böyük Britaniyadakı səfiri Andrey Kelin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Editor.az xəbər verir ki, səbəb Polşa və Rumıniya ərazisində baş verən pilotsuz uçuş aparatları ilə bağlı insidentlərdir. Məlumat Böyük Britaniya XİN-in rəsmi saytında yerləşdirilib.

“Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO üzrə müttəfiqləri ilə tam həmrəyliyini ifadə edir və bu məsuliyyətsiz addımları qətiyyətlə pisləyir”, – açıqlamada qeyd olunub.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources