BAKI, 15 sentyabr. TELEQRAF
Sabah İmişlinin iki kəndinin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, İmişli rayonu Rəsullu və Məhəmmədli kəndlərini təbii qazla təmin edən daşıyıcı PE-225, 160 və 110 mm-lik qaz kəmərlərində kipliyin sınağı məqsədi ilə əlaqədar sabah saat 11:00-dan etibarən sınaq işləri başa çatanadək Rəsullu və Məhəmmədli kəndlərində (ümumi 463 abonent) qaz təchizatı dayandırılacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.