EN

Avropa Rusiyadan qazdan imtina nəticəsində iqtisadiçəki itirdi

Avropa ölkələrinin Rusiyadan qaz tədarükünü dayandırması Qitənin dünya iqtisadiyyatındakı çəkisini itirməsinə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Strategic Culture" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Avropa yalnız “siyasi rasionallıqdan deyil, ucuz rus qazından da imtina edib” və beləliklə “sənaye bərpası və iqtisadi dayanıqlılıq perspektivlərini faktiki olaraq təhlükəyə atıb”.

Məqalədə bildirilir ki, qlobal enerji xəritəsi yenidən formalaşır: Avropanın tənəzzülü sürətlənir, Qərbdə daxili fikir ayrılıqları dərinləşir, anglo-amerikan elitalarının təsiri azalır, Çin və Hindistan isə yeni strateji və iqtisadi mərkəzlərə çevrilir.

15 sentyabr tarixində Avropa Komissiyasının sözçüsü Paula Pinyonun açıqlamasına görə, Avropa İttifaqı tədricən ABŞ-ın prezidenti Donald Trampın tələb etdiyi kimi Rusiyanın enerji resurslarından imtina edir.

Qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmək üçün NATO üzvlərinin hamısı razılıq verməli və Rusiya neftini almağı dayandırmalıdır. Eyni zamanda Tramp Şimali Atlantika alyansına üzv ölkələrdən Çinlə ticarətdə 50–100% tariflər tətbiq etməyi tələb edib ki, bu da Ukrayna münaqişəsinin tezliklə başa çatmasını sürətləndirsin.

Nuriyyə NATİQQIZI

Chosen
12
1
redaktor.az

2Sources