EN

Ukrayna XİN: Rusiyanın işğal olunmuş ərazilərdə keçirdiyi “seçkilər” etibarsızdır

BAKI, 15 sentyabr. TELEQRAF

Rusiyanın işğal olunmuş ərazilərdə keçirdiyi "seçkilər" etibarsızdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunur.

Bildirilir ki, bu "seçkilər" nəticəsində seçilmiş şəxslərin heç bir hüquqi səlahiyyəti yoxdur və onların fəaliyyəti Ukrayna qanunvericiliyinə görə qanunsuz sayılır:

"İşğal olunmuş ərazilərdə yaradılan qurumlar və onların fəaliyyəti beynəlxalq hüquqa da ziddir. Bu proseslərin təşkili və keçirilməsində iştirak edən bütün şəxslər məsuliyyətə cəlb olunacaq və mövcud, həmçinin gələcək sanksiya rejimlərinin təsirinə düşəcəklər".

Xatırladaq ki, sentyabrın 14-də Rusiyada keçirilən vahid səsvermə günü çərçivəsində Krım və digər işğal olunmuş ərazilərdə də qondarma seçkilər təşkil edilib.

Chosen
29
teleqraf.com

1Sources