EN

Sənədsiz qalan torpaq və tikililər rəsmi qeydiyyata alınacaq —AÇIQLAMA

Daşınmaz əmlakla bağlı hüquqi sənədləşmədə mühüm dəyişiklik edilib. 2025-ci il iyulun 16-da Prezidentin imzaladığı fərmana əsasən, əvvəlki illərdə əldə edilmiş torpaq və tikililərə dair müəyyən sənədlər də artıq rəsmi çıxarış almaq hüququ verir. Bu dəyişiklik çoxsaylı vətəndaşların mülkiyyət hüququnun tanınmasına şərait yaradacaq. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı uzun illərdir problem yaşayan vətəndaşlar üçün mühüm hüquqi əsas yaranacaq.

Çıxarışların verilməsi prosesinin detallarını və vətəndaşların hansı şərtlərlə bu hüquqdan yararlana biləcəyini aydınlaşdırmaq məqsədilə məsələyə ekspert rəyibi öyrəndik.

Çıxarış hüququ kimlərə şamil ediləcək?

Çıxarış almaq üçün hansı sənədlər tələb olunur?

Vətəndaşlar çıxarış üçün hansı quruma və necə müraciət etməlidirlər?

Çıxarışın verilməsi prosesi hansı müddətdə həyata keçiriləcək?

Hər hansı xüsusi hallarda əlavə tələblər və ya məhdudiyyətlər varmı?

Məsələ ilə bağlı suallarımızı cavablandıran daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Tribunainfo.az-a bildirib ki, ölkə başçısının Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin qeydiyyata alınması ilə bağlı müvafiq qanunu var. Ən son əlavələr 329 saylı sərəncamla tənzimlənir. Bu, 2015-ci ildə olmuşdur.

E. Azadovun sözlərinə görə, hazırda, həmin siyahı böyüdü. Sövet hökuməti dağılan vaxtı və ondan sonrakı zamanda yerli kənd idarəetmə strukturları, kavxozlar, savxozlar və sonrakı dövrlərdə verilmiş sərəncamlar əsasında müəyyən olunmuş ərazilər ki, var, hansılar ki, sayı təxminən 100 minə yaxındır. Onların da bu siyahıya əlavə olunması ilə bağlı dəyişikliklər olub. Bundan sonra da bu növ əmlakların qeydiyyata alınması və çıxarışların verilməsilə bağlı əsas yaranır.

Ekspert müvafiq sənədlərlə bağlı qeyd edib ki, vətəndaşlar müraciət edəcəklər və onların həmin dövrlər ərzində o torpaqlar üzərində inşa olunmuş əmlakları artıq çıxarışlar təmin olunacaqdır. Əsasən böyük şəhərlərin ətrafında olan qəsəbələrə, kəndlərə aiddir. Digər rayonlarda olan kənd və qəsəbələrdə bu kimi sənədlər 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində verilib. Hətta 2000-ci ilin əvvəllərində də bu kimi sənədlər verilmişdir.

Dəniz Pənahova

Chosen
13
2
tribunainfo.az

3Sources