EN

Serdar Ortaçdan Canan Karatayın iddialarına CAVAB

Tribuna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Uzun illərdir MS (Multiple skleroz) ilə mübarizə aparan müğənni Serdar Ortaç Prof. Dr. Canan Karatayın ona krem ​​verdiyi və beləliklə sağaldığı iddialarına cavab verib.

Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Serdar Ortaç, ötən ilin iyun ayında Harbiye Açıq Hava Teatrında verdiyi konsertində “Artıq sağlamlığımı bərpa etdim, yeriyə bilirəm. Velosiped də sürürəm”, – demişdi.

Ortaç, İnstaqram hesabında verdiyi açıqlamada iddiaları təkzib edib:

“İnternetdə Canan Karatayın krem ​​yazıb, Serdarın ağrısını dindirdiyi iddiası ilə xəbər yayılıb. Bu, tamamilə yalandır. Bəli, ağrılarım keçib, ayağa qalxıram, yeriyirəm. Öz həkimimin müalicəsi, siqareti, içkini atmağım sayəsində sağlamlığıma qayıdıram. Kremlərlə işim yoxdur”.

Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
tribunainfo.az

2Sources