EN

Binəqədidə sakinlərin su problemi həll olundu

Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi bina 39 ünvanında içməli su xəttində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

***15:13

Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi bina 39 ünvanında zirzəmini kanalizasiya suyu basıb.

Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, bu səbəbdən ətrafı kəskin qoxu basıb.Bundan başqa içməli su borusuna kanalizasiya sızması olur deyə su parazitli gəlir.

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə əlaqə saxladıq. Qurumun mətbuat ximətindən BAKU.WS-ə bildirildi ki, məsələ müvafiq rayon sukanal idarəsinə yönləndirilib, briqada əraziyə göndərilib.

Sözügedən kadrları təqdim edirik:

Banu Hüseynli

Chosen
63
2
far.az

3Sources