EN

Rəfail Becanov: “İsrail bu gün Yaxın Şərqin “ağacdələn”idir”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Ərəb ölkələrinin bəyanatlarının arxasında ciddi plan dayanmır. Bu, daha çox tarix üçün verilmiş bəyanatlardır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, Dohada keçirilən sammitdə ərəb və İslam liderlərinin fələstinlilərin Qəzzadan çıxarılmasına yönəlik istənilən addıma qarşı çıxmasını şərh edib.

Siyasi şərhçi bildirib ki, Dohada baş tutan sammit HƏMAS-ın Qətərdə olan liderlərinə qarşı İsrailin hərbi əməliyyatı ilə bağlıdır:

“Bu sammitdə ərəb və İslam ölkələrinin eyni mövqedən çıxış etmələri təbiidir. Çünki İsrailin Qətərə hücumu kəşfiyyata məlum olsa da, ictimai mənada gözlənilməz sayılmalıdır. Danışıqların getdiyi bir vaxtda bu addım prosesin pozulması və hərbi əməliyyatların davam etməsinə şərait yaradan amil idi. Regionda dinc yanaşı yaşamaq, qonşuluq prinsipləri hazırda təhlükə altındadır.

Amma reallıqdır ki, hər iki tərəfin özünə görə istinad edəcək məqamları var. İsrail bu gün Yaxın Şərqin “ağacdələn”i kimi fəaliyyət göstərir. Terrorçuluqla mübarizədə istinad etdiyi çox ciddi məqamlar var və bunu təmizlik əməliyyatı adlandırır”.

R. Becanovun fikrincə, Təl-Əvivin hədəf hesab etdiyi tərəflər də öz mövqelərinin möhkəmlətmək və İsrailə qarşı hərbi hücum əməliyyatlarını davam etdirmək niyyətindən əl çəkməyiblər:

“Ona görə də münasibətlər pozulduqca, genişmiqyaslı hərbi əməliyyatlar ehtimalı daha da artır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın Qətər əmirinə belə bir halın təkrarlanmayacağını deməsi son nöqtə deyil. İsrail tərəfi qarşısına qoyduğu məqsədi addım-addım reallaşdırmaqda israrlıdır. Təbii ki, HƏMAS və beynəlxalq müstəvidə terror qruplaşması hesab edilən digər birləşmələrin zərərsizləşdirilməsi, məhv edilməsi məsələsində İsrail haqlıdır.

Lakin fələstinlilərin Qəzzadan köçürülməsi planı müzakirə və reaksiyasız keçiləsi mövzu deyil. Artıq 250 mindən çox fələstinli Qəzzadan çıxarılıb. Üstəlik 5 sentyabrdan 1 milyona yaxın fələstinlinin də köçürülməsi planı var. Ərəb ölkələri onları qəbul etməyə hazır deyil. Digər tərəfdən, bunu qəbul etmək istəmirlər. Bu səbəbdən, ərəb ölkələri ilə İsrail arasında ciddi bir qarşıdurma yaranıb və hərbi eskalasiya gözlənilir”.

Onun sözlərinə görə, ərəb və İslam dövlətlərinin liderlərinin İsrailin Qətərə hücumunun bölgədə birgəyaşayış və əlaqələrin normallaşdırılması səylərini təhdid etməsi ilə yanaşı, fələstinlilərin Qəzzadan köçürləməsi planını da etibarsız sayaraq, müqavimət təşkil etmək niyyəti var:

“Amma bu müqavimətin təsir gücünün nə qədər olacağı mübahisəlidir. Çünki  İsrail planladığı addımdan geri durmayacaq qədər israrlıdır. Digər tərəfdən isə ərəb ölkələrinin bəyanatlarının arxasında ciddi plan dayanmır. Bu, daha çox tarix üçün verilmiş bəyanatlardır. Praktik addımların konturları görünmür. Ən böyük sual odur ki, ümumiyyətlə, ərəb ölkələrinin praktik addım atmaq istəkləri varmı?

Təbii ki, ilk addımı ərəb ölkələri atmalıdır. Ondan sonra digər İslam ölkələrinin addımları müzakirə predmeti ola bilər”.

"Cebheinfo.az"

Açar sözlər:

İsrail Rəfail Becanov Yaxın Şərq Qəzza

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
cebheinfo.az

2Sources