EN

Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo əriyir

Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

01.01.2025 – 31.08.2025 dövründə (7 ayda) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 32 milyard 118 milyon 5 min ABŞ dolları, o cümlədən ixracın həcmi 17 milyard 65 milyon 354 min ABŞ dolları, idxalın həcmi 15 milyard 52 milyon 651 min ABŞ dolları, saldo müsbət 2 milyard 12 milyon 703 min ABAŞ dolları təşkil edib.

Bu barədə Marja.az Xarici Ticarətinin Gömrük Statistikasına istinadən xəbər verir.

Xatırladaq ki, 01.01.2024 – 31.08.2024 dövründə Azərbaycanın xarici ti carət əməliyyatlarının həcmi  icarət əməliyyatlarının həcmi 30 milyard 995 milyon 424  min ABŞ dolları o cümlədən, ixracın həcmi 18 milyard 231 milyon 541 min ABŞ dolları, idxalın həcmi 12 milyard 763 milyon 883 min ABŞ dolları, saldo müsbət 5 milyard  467 milyon  658 min ABŞ dolları təşkil etmişdi.

Beləliklə, Azərbaycanın idxalının həcminin ixracının həcmindən daha çox artması ilə əlaqədar olaraq xarici ticarətin müsbət saldosu 2,7 dəfə azalıb. 

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
1
marja.az

2Sources