EN

Sirr açıldı: Baba və ata vəsiyyəti - Merts Rusiyaya buna görə nifrət edir

Almaniya kansleri Fridrix Merts SSRİ ilə bağlı ailə hekayələrinə görə Rusiyaya nifrət edə bilər.

Publika.az xəbər verir ki, bu fikirləri Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer deyib.

"Ola bilsin ki, Sovet İttifaqı və müharibə haqqında ailə hekayələri olub ki, bu da onu bu qədər aqressiv danışmağa vadar edib. Deyəsən, qisas almaq istəyir. Nəyə can atır? Həqiqətənmi müharibə, 1945-ci ilin qisasını almaq?" deyə o, təəccüblə bildirib.

Nimeyerin fikrincə, siyasətçi sağlam düşüncədən çox emosiyaları rəhbər tutur ki, bu da onun “Rusiyaya qarşı olmaq üçün şəxsi səbəbləri” olduğunu göstərir.

Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatına görə, Merts uşaqlıqdan qisas almaq istəyi ilə böyüyüb. Ona görə də onun Rusiya haqqında dediyi sözlər tərcümeyi-halını bilməyənlər arasında ancaq çaşqınlıq yarada bilər.

Chosen
26
publika.az

1Sources