BAKI, 15 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, sentyabrın 19-daÇin sədri Si Cinpinlə telefon danışığı keçirəcək.
Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında paylaşım edib.
ABŞ lideri qeyd edib ki, Avropada ABŞ və Çin nümayəndələri arasında keçirilən mühüm görüş yaxşı keçib.