EN

Azərbaycanda xarici ticarət əməliyyatları 11%-dən çox artıb

BAKI, 18 avqust. TELEQRAF

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının ümumi həcmi 32 milyard 118 milyon 4.83 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 11,36% artım deməkdir. Xarici ticarət əməliyyatlarının 15 milyard 52 milyon 651.03 min dolları idxal əməliyyatlarının payına düşüb (10.56% artım).

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə idxal olunan malların çeşidlərinin sayı 7 395 olub.

İdxalda ən böyük pay 8 milyard 690 milyon 986.84 min dollarla özəl sektora məxsus olub – 57.74%. Dövlət sektorunun idxalda payı 4 milyard 967 milyon 872.91 min dollar və ya 33%, fiziki şəxslərin isə 1 milyard 393 milyon 791.28 min dollar və ya 9.26% olub.

Azərbaycana MDB ölkələrindən idxal 3 milyard 836 milyon 784.41 min dollar (25.49%), Aİ ölkələrindən isə 1 milyard 878 milyon 273.91 min dollar (12.48%) təşkil edib. Ölkə qrupları üzrə idxalda liderlik 9 milyard 337 milyon 592.71 min dollarla digər ölkələrin payına düşüb - 62.03%.

Hesabat dövründə humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələr çərçivəsində 25 milyon 727.66 min dollar dəyərində idxal həyata keçirilib. Eyni zamanda, yüksək texnologiyalar məhsullarının idxalı 918 milyon 855.86 min dollar olub və bu, ümumi idxalın 6.10 faizinə bərabərdir.

Chosen
90
teleqraf.com

1Sources