EN

Azərbaycanın ticarət balansında 2 mlrd. dollar üzərində qalıq yaranıb

Azərbaycanın ixrac gəlirləri 2025-ci ilin ilk 8 ayında 17.07 mlrd. dollar olmaqla 2024-cü ildən 6 faiz az olub.

Banker.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, ölkənin ixracında 85.94 faiz paya sahib neft qaz sektorunun həcm 16.05 mlrd. dollardan 14.67 mlrd. dollar olub.

Ölkə 15.93 mln. ton xam neft ixrac edib ki, bunun da dəyəri 8.396 mlrd. dollar təşkil edib. Ötən ilin analoji dövründə bu rəqəm 16.48 mln. ton və ya 10.31 mlrd. dollar idi.

Təbii qaz ixracının həcmi isə illik müqayisədə 4 faiz artaraq 16.45 mlrd. kub metr təbii qazı 5.997 mlrd. dollara yüksəlib.

Cari ilin ilk səkkiz ayında xaricə 2.399 mlrd. dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib. Bu keçənilki 2.18 mlrd. dolları üstələməsi deməkdir.

Qeyd edək ki, ilin ilk 8 ayında ticarət balansında 2.013 mlrd. dollar profisit yaranıb.

Chosen
15
banker.az

1Sources