EN

Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artaraq, 19 milyon 981 min 22 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,7 faiz artaraq, 131 milyon 334 min 16 dollara bərabər olub.

Qeyd edək ki2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 artaraq, 11 milyard 379 milyon 976 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 1 milyard 492 milyon 102 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,1 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 331 milyon 942 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Chosen
4
8
turkic.world

10Sources