EN

“İravan: hərdaşı tarix layihəsinə start verildi

Elmi Araşdırmalar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “İravan: hərdaşı tarix” adlı layihəni həyata keçirir. Layihə çərçivəsində İravan şəhərinin tarixi irsini və mədəni dəyərlərini əks etdirən fotoalbom hazırlanacaq. Layihənin müddəti 3 ay təşkil edir.

Layihənin əsas məqsədi İravan şəhərinin tarixi irsini və mədəni dəyərlərini sənədləşdirərək geniş ictimaiyyətə təqdim etmək, Azərbaycana məxsus itirilmiş irs haqqında məlumatlılığı artırmaqdır.

Fotoalbom vasitəsilə:
    •    İravanın Azərbaycan üçün tarixi-mədəni əhəmiyyəti vurğulanacaq,
    •    İctimaiyyətin mədəni irsə həssaslığı gücləndiriləcək,
    •    Gələcək nəsillərdə tarixi irsə sahib çıxma duyğusu möhkəmləndiriləcək,
    •    Azərbaycan irsinin dünyada tanıdılmasına töhfə veriləcək.

Layihə çərçivəsində hazırlanacaq fotoalbomun təqdimat mərasimi keçiriləcək və bu mərasimdə fotoalbom ictimaiyyətə nümayiş olunacaq.

Elmi Araşdırmalar İctimai Birliyi hesab edir ki, bu layihə həm ictimaiyyətin tarixi irs barədə məlumatını artıracaq, həm də Azərbaycan mədəniyyətinin zəngin dəyərlərinin dünyada tanıdılmasına xidmət edəcək.

Chosen
5
3
demokrat.az

4Sources