EN

Bu ölkələr arasında müharibə başlaya bilər

NATO ilə Rusiya arasında müharibə başlaya bilər.

XəzərNews.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında bildirib.

“Axmaqların Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaqla bağlı təxribatçı ideyasının həyata keçirilməsi və NATO ölkələrinin bizim PUA-larımızı vurması yalnız bir şey deməkdir – NATO ilə Rusiya arasında müharibə”, - Medvedev Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bəyanatına münasibət bildirərkən vurğulayıb.

Xatırladaq ki, Sikorski Ukraynanın müttəfiqlərdən onların hava məkanında Rusiya PUA-larını vurmağı xahiş edə biləcəyini və bu halda NATO və Aİ ölkələrinin birlikdə hərəkət edə biləcəyini söyləmişdi.

Nuray

Xəbər 3 dəfə oxunub.
Chosen
17
1
xezernews.az

2Sources