Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçəngecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağıgözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın leysanxarakterli olacağı , şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə sentyabrın 16-sı axşamdan 21-dəkfasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdəyağıntıların leysan xarakterli intensiv və güclü olacağı, doludüşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyigözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli selkeçəcəyi ehtimal olunur.