Nepalda sosial media qadağası səbəbindən baş verən etirazlar nəticəsində yeni baş nazir təyin olunan Suşila Karki keçici hökumətə yeni nazirlər təyin edib.
Cənubi Asiya ölkəsinin ilk qadın baş naziri olaraq vəzifəyə başlayan 73 yaşlı Karki kabinetdə yeni təyinatlar edib.
Buna əsasən, Kalman Qurunq Enerji naziri, Rameşore Xanal Maliyyə naziri, Om Prakaş Aryal isə Daxili İşlər naziri təyin olunub.
Jurnalistlərə danışan Karki vəzifələrini tamamlamaq və növbəti hökumətə təhvil vermək üçün altı ay ərzində bu vəzifəni üzərinə götürdüyünü söyləyib.
O, “Bu vəzifəyə öz istəyimlə gəlmədim. Küçələrdən Suşila Karkiyə məsuliyyət verilməsini tələb edən səslər yüksəldiyi üçün gəldim” deyə əlavə edib.
Suşila Karki vəzifələri çərçivəsində ölkədə korrupsiyaya son qoymaq, yaxşı idarəçilik və iqtisadi bərabərliyi təmin etmək üçün çalışmalı olduqlarını da vurğulayıb.