EN

DTX və DİN-dən Şuşada ƏMƏLİYYAT

Şuşada külli miqdarda silah-sursat aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bildirilib ki, DTX tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Göstərilən istiqamətdə DTX-nin əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Chosen
4
49
konkret.az

10Sources