EN

Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti dayandırılacaq

Rusiyadan Ermənistana qaz nəqli 10 günlük dayandırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Qazprom Armenia” yayıb.

Bildirilib ki, buna səbəb qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Sentyabrın 16-da dayandırılan qaz nəqli sentyabrın 26-da bərpa ediləcək. Bu müddət ərzində sakinlərin qaza olan tələbatı Ermənistanın daxili ehtiyatları hesabına qarşılanacaq.

Chosen
27
konkret.az

1Sources