ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 15 sentyabr, AZƏRTAC
İsveçli ikiqat olimpiya çempionu Armand Duplantis dirəklə tullanmada 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, o, buna Yaponiyanın paytaxtıTokio şəhərində keçirilən dünya çempionatında 6,30 metr hündürlüyə tullanmaqla nail olub.
İdmançı üçüncü cəhdində rekord hündürlüyə çatıb. Onun əvvəlki rekordu bu ilin avqust ayında reallaşıb - 6,29 metr.
Qeyd edək ki, A.Duplantis Tokioda 3-cü dəfə dünya çempionu olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.