İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani müsəlman ölkələrinə edilən hücumlara qarşı NATO stilində kollektiv təhlükəsizlik yanaşması ilə cavab verilməsinə çağırıb.
Redaktor.az “Al Jazeera"yə istinadən xəbər verir ki, o Dohada keçirilən Ərəb-İslam sammitində Ərəb-İslam komitəsi yaradılmasını təklif edib.
Sudani tədbirdə iştirak edən nümayəndələri Qətərə edilən hücumu qınamağa və Qəzzada atəşkəs üçün ətraflı yol xəritəsi tərtib etməyə çağırıb.
“İsrailə dayandıra bilməsək, bu qeyri-stabilliyi daha da artıracaq və heç bir tərəf üçün təhlükəsizlik gətirməyəcək”,- İraqın Baş naziri vurğulayıb.