EN

Kiyevdə binada qumbara partlayıb, ölənlər var

Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli binalardan birinin mənzilində partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Kiyev polisi “Telegram”da məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ilkin məlumatlara əsasən, mənzildə qumbara partlayıb.

“Partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb”, - polis əlavə edib.

Hadisə yerində Dneprovski rayon polis idarəsinin istintaq-operativ qrupu, partlayış mütəxəssisləri, kinoloqlar və digər xidmətlər işləyir.

Chosen
17
7
apa.az

9Sources