EN

Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunacaq

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah Vətənə gətiriləcək.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.

Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
10
apa.az

10Sources