Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 15-dədavam etdirilib.
Trend xəbər verir ki, BakıHərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, CamalRamazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim GünelSəmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərinhər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçünvəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.
Əvvəlcə hakim Z.Ağayev təqsirləndirilən şəxs Qurgen Stepanyanınyeni vəkillə təmin olunduğunu bildirib və ondan buna etirazınınolub-olmadığını soruşub. Q.Stepanyan yeni vəkilinə etirazetmədiyini bildirib.
Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiqolunacaq.
Elan edilən sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndişəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar,qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılmasıfaktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlıolub.
Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmişSarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci ilsentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləridağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindənqovulublar.
Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin,Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları,Qrişa, Maksim olub.
Həmin sənədə görə, şahid qismində dindirilmiş Səfərov ŞahverdiBəhlul oğlu ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraqKərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlarolub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıqedib.
Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş XaçaturyanAleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi,Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin vəazərbaycanlıların aralarında düşmən münasibət yaratmağabaşlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək,azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevralayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılarazərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbipaltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşıtədbirlər hazırlayıb.
Sənədə görə, zərərçəkmiş şəxs Abuzərov Əvəz Əli oğlu ifadəsindəgöstərib ki, 1990-cı ilin avqust ayında Rzayev Tapdıq Köçəri oğluermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci iliyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər.Ramiz Salahov, Rəhimov Şükür Qasım oğlu, Sahilov Atdıxan Məmmədoğlu, Səfərov Osman Mərdan oğlu və adlarını unutduğu şəxslərermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həminhadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, SəfərovAğəli Aydın oğlu isə öldürülüb. 1991-ci il sentyabrın 25-dəKərkicahana növbəti hücum olub. Həmin vaxt Hüseynov Aslan Mərdanoğlu ayağından güllə yarası alıb. Sentyabrın 30-da erməniləravtomat silahdan atəş açaraq Kərkicahan sakini Həsənov TelmanYelmar oğlunu öz evinin qarşısında qətlə yetiriblər, daha sonramüəllim Abuzərova Bənövşə Abduləzim qızını, habelə TarverdiyevƏfqan Novruz oğlunu, Soltanov Saleh Hüseynqulu oğlunu, SalahovNurəddin Musa oğlunu və başqalarını yaralayıblar. Salahova ŞəkərSaday qızının isə Balasanyan Qədir Aşot oğlu tərəfindənyaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdənKərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də erməniləratəş açaraq Əliyev İlham Bahadur oğlunu qətlə yetiriblər.
Məmmədov Arif Köçəri oğlunun öldürülməsi ilə bağlı cinayət işiüzrə şahid qismində dindirilmiş Rüstəmov Müşfiq İsfəndiyar oğluifadəsində göstərib ki, 1991-ci il mayın 16-da odlu silahhazırlanmasında və Azərbaycan kəndlərinə hücumlarda şübhəli bilinənşəxslərin tutulması məqsədilə Xocavənd Rayon Polis Şöbəsininəməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib,şübhəli bilinən Borik Süleymanyan saxlanılıb. O, saxlanılan zamantəxminən 150-200 erməni Borikin aparılmasına maneə törətməyəçalışıb. Boriki polis şöbəsinə gətirdikləri zaman içərisindəolduqları avtomobil Çartaz kəndinin maldarlıq ferması istiqamətindəatəşə tutulub, nəticədə iş yoldaşı Arif Məmmədov güllə yarası alıbvə bir neçə saat sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasındaölüb.
Daha bir sənəd Cəbrayıl rayonunun Çullu kənd sakini QuliyevSevdayar Nəcəf oğlunun Hadrut rayonunun Dolanlar kəndi ərazisindəkimeşədə ermənilər tərəfindən odlu silahdan açılmış atəş nəticəsindəölməsi faktı ilə bağlı olub.
İclasda Həşimova Şövkət Şükür qızının və Səfərəliyev CavanşirMahmud oğlunun itkin düşməsi faktı üzrə sənədlər də elanedilib.
Şahid qismində dindirilmiş İbrahimov Zakir Şükür oğlu ifadəsindəbildirib ki, 1989-cu il noyabrın 10-da bacısı Şövkət Həşimovaavtobusla Xocalı şəhərindən Ağdam rayonuna gedib, həmin gün geriqayıtmaq istəyəndə marşrut avtobusuna gecikdiyinə görə Ağdamdatanımadığı göy rəngli “Moskviç” markalı avtomobilin sürücüsündənonu avtobusa çatdırmasını xahiş edib. Əsgəran rayonunda yolunkənarında dayanmış Maksim və Minosyan Ararat adlı milis işçilərizorla “Moskviç”i dayandırıb bacısı Şövkəti və sonradan adınınCavanşir olduğunu öyrəndiyi, bir ayağı şikəst müharibə veteranıolan sürücünü Əsgəran milis şöbəsinə aparıblar. Bundan sonra həminşəxslərdən bir daha xəbər olmayıb. Həmçinin sonradan Əsgəranərazisində göy rəngli “Moskviç” markalı avtomobilin yandırıldığınıeşidib.
Məhkəmə iclasında Əsgəran rayonunun meşə massivində “Alazan-2M”tipli raket qurğularının aşkar edilməsi, 1988-ci ilin yanvar-fevralaylarında təbliğat-təşviqat aparmaqla azərbaycanlıların Xankəndişəhərindən qovulmaları, 1991-ci il iyunun 13-də Şərur rayonununYuxarı Yaycı kəndində sovxozun atəşə tutulması, 1991-ci il iyulun17-də Ağdərə rayonunun İmarət-Qərvənd kəndinə silahlı basqınedilməsi, 1991-ci il iyunun 27-28-də Xocavənd rayonunun Qaradağlıkəndində yerləşən fermanın atəşə tutulması və digər faktlar üzrə dəsənədlər oxunub.
Həmçinin Kəlbəcər-Mərcimək avtomobil yolunun üzərində yerləşən“Sarıqaya” adlanan yerdə silahlı ermənilər tərəfindən QəribovMaarif Ataş oğlunun, Ağdərə rayonunun Qozlu kəndi ərazisindəM.F.Axundov adına kolxozun qoyun fermasının çobanı Şərifov YaqubKamal oğlunun, Ağdərə rayonunun Umudlu kənd sakini Qasımov QaraSəməd oğlunun öldürülməsi faktları ilə əlaqədar sənədlər və şahidifadələri səsləndirilib.
Məhkəmədə İmanov Mahal Novruz oğlunun, Həsənov Vaqif Qəzənfəroğlunun, İmanov Novruz Göyüş oğlunun və Həsənov Qəzənfər Aşuroğlunun odlu silahlardan atəş açılmaqla qətlə yetirilmələri üzrəepizodlar da elan edilib.
Məhkəmə prosesi sentyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.