EN

Prospektdə restoranın səkiyə qoyduğu dipçəklər piyadalara mane olur FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Nərimanov və Nəsimi rayonlarından keçən prospektdə sahibkar özbaşınalıqları hərəkət iştirakçılarına çətin anlar yaşadır.

Avtosfer.az xəbər verir ki, Xətai prospektində son dövrlərdə yaranan vəziyyət həm piyadaların, həm də nəqliyyat vasitəsi idarəçilərinin küçədəki hərəkətinə problem yaradır. Sosial şəbəkələrdə paylaşılan fotodan da görünür ki, prospektdə fəaliyyət göstərən obyektlər səkini zəbt etməyə xüsusi meyil göstərirlər.

Belə ki, binaların altında səki olaraq nəzərdə tutulan hissələr obyekt sahbiləri tərəfindən özəlləşdirilir və onların müəssisələrinin terrasına çevrilir. Fotodan da göründüyü kimi, terrası səki ilə ayırmaq üçün quraşdırılan dipçəklər vətəndaşlar üçün təhlükə mənbəyinə çevrilib. Şəbəkə istifadəçiləri bildirir ki, həmin ərazidə artıq bir neçə dəfə günün qaranlıq saatında vətəndaş xəsarət alıb. Restoranın səkiyə qoyduğu dipçəkdəki kolun yarpaqları adamlara zərər vurur. Obyekt “təbiəti qoruma, şəhəri abadlaşdırma” adı altında öz səki zəbtinə xeyrixahlıq donu geyindirməyə çalışıb.

Digər tərəfdən, prospektdəki təmir məqsədilə asfalt örtüyü qaşınıb, lakin lyukların üzə çıxması sürücülərə çətin anlar yaşadır. Həm sürücülər, həm də piyadalar prospektdə yaranan problemlərin təcili aradan qaldırılmasını tələb edir.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
avtosfer.az

2Sources