İran təhlükəsi İsraildən kənarda Körfəz və Avropaya da yayılır.
Leqal.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.
O, ABŞ-ın İsrailə dəstəyini davam etdirəcəyinə söz verib:
“Biz İrana maksimum təzyiqə davam edəcəyik. İran regionun və Avropanın sabitliyinə təhlükə yarada biləcək uzaq mənzilli raketlərə malikdir. Avropalı müttəfiqlərimizi İrana qarşı sanksiyalar tətbiq etməyə təşviq edirik”.
Rubio qeyd edib ki, HAMAS regional sülh və təhlükəsizliyə təhdid yarada biləcək silahlı qüvvə kimi məhv edilməlidir: “HAMAS artıq silahlı bir element kimi mövcudluğunu davam etdirə bilməz”.
Rubio Qəzzada bütün israilli girovların azad edilməli olduğunu əlavə edib.
Leqal.info