Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.
Leqal.info xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1981-ci il təvəllüdlü Qəbələ rayon sakini Renald Mikailovun idarə etdiyi "VAZ 2109" markalı avtomobil darəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəzada sürücü və avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü Ərkinaz Abdulxəlilova xəsarətlər alıblar. Onlar Qəbələ xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info