EN

Atam üçün Benfika ilə oyunda ideal ssenari... Andrade

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Püşkatmadan əvvəl danışırdıq ki, "Benfika" ilə düşmək istərdik. Asan rəqib olduğunu düşündüyümüz üçün yox, "Estádio da Luz"da oynamaq təcrübəsinə görə. Çünki komandanın bir çox futbolçusu Portuqaliyada çıxış edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leandro Andare Portuqaliyanın "O Jogo" nəşrinə müsahibəsində deyib.

Kabo-Verdeli yarımmüdafiəçi Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" ilə sabah Portuqaliyada keçiriləcək oyunla bağlı danışıb:

"Benfika"nın bütün oyunlarına baxıram. Onların son oyundakı qədər zəif olduqlarını az görmüşəm. "Qarabağ" oyunçusu kimi, istərdim ki, bizə qarşı da o səviyyədə oynasınlar (gülür)".

Andrade "Qarabağ"ın oyun fəlsəfəsi ilə bağlı da sualı cavablandırıb:

"Baş məşqçimizin çox dəqiq bir fəlsəfəsi var. Harada oynamağımızdan asılı olmayaraq, həmişə meydana öz ideyalarımızla çıxırıq: topa sahib olmağa əsaslanan oyun, yerlə ötürmələr, qabağa vurmaqdan qaçmaq, aralıqlara oynamaq,qorxmamaq, pressinq etmək, toplu qapmaq və sürətli əks-hücumlara çıxmaq. Bu fəlsəfəni tətbiq edib, inam və cəsarətlə oynayırıq".

Andrade 2023-2024 mövsümündə UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya təmsilçisi "Braqa"nı mübarizədən kənarlaşdırdıqlarını (4:2, 2:3) da xatırladıb: "Braqa" ilə oynadığımız vaxt Portuqaliya kanallarında oyundan öncəki analizlərdə futbolçuları müqayisə edirdilər və hər mövqedə "Braqa" oyunçusunu üstün tuturdular. Fikirlərə hörmətlə yanaşıram, amma bu, bizim ürəyimizə toxundu və düşünürəm ki, bizim üçün müsbət nəticə verdi".

Andrade deyib ki, "Benfika" ilə oyunda qol vuracağını hiss edir:

"Həmişə bu düşüncəni beynimdə canlandırıram - mən qol vururam və biz qalib gəlirik. Şənbə günü bu barədə komanda yoldaşım Kevin Medina ilə danışdım. Nə vaxt qol vuracağımı hiss edirəmsə, ona deyirəm və sonra vururam. İndi də elə bir hissim var".

Atası Portuqaliyadan olan 25 yaşlı futbolçu qeyd edib ki, sabah onu çox emosional bir oyun gözləyir:

“Çempionlar Liqasında oynamaq çox xüsusi bir andır, bir arzunun gerçəkləşməsidir. Uşaq vaxtı gecələri yuxusuz buraxan bir xəyaldır, çox az adamın çatdığı bir yerdir. Və üstəlik, bu oyun "Luz"da ("Estádio da Luz") keçiriləcək. Çox emosional olacaq, necə reaksiya verəcəyimi bilmirəm”.

Andrade uşaq yaşlarından "Benfika" azarkeşi olan atasının sabahkı oyunda kimə azarkeşlik edəcəyi ilə bağlı suala isə belə cavab verib:

"Atam üçün ideal ssenari "Benfika"nın 4:3 hesablı qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür). Püşk atılanda ondan soruşdum ki, kimin tərəfini tutacaq. Yalnız əla ata olduğuna görə məni söymədi (gülür). Təbii ki, hər zaman oğlunun tərəfindədir".

Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
3
axar.az

4Sources