EN

Rus dronlarının Polşa səmasında görünməsi İsveçin hərbi xərclərini ARTIRDI

İsveç müdafiə xərclərini təxminən 3 milyard dollar artıraraq ÜDM-in 2,8%-nə çatdıracaq.

Bizim.Media xəbər verir ki, 2026-cı il büdcəsində bu vəsait artilleriya, hərbi texnika, gəmilər və hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcək. Baş nazir Ulf Kristersson bunu ölkənin “yenidən silahlanmasında mühüm addım” adlandırıb.

Xərclərin artması Polşada qeydə alınmış Rusiya pilotsuz uçuş aparatları ilə bağlı insidentlə əlaqələndirilir.

Bizim.Media

Chosen
13
2
bizim.media

3Sources