"Barselona"nın sabiq futbolçusu, Fransa milli komandası ilə Dünya Kubokuna yiyələnən Samuel Umtiti futbolçu karyerasını başa vurub. 

Offsideplus.az xəbər verir ki, müdafiəçi 31 yaşında futbolla vidalaşıb. 

Qeyd edək ki, Umtiti karyerası ərzində "Lion", "Barselona", "Leççe", "Lill" klublarında çıxış edib. Onun son komandası Fransa "Lill"i olub.