EN

İlon Maskın çıxışı Böyük Britaniyada sanksiya çağırışlarına səbəb olub

Texnologiya milyarderi İlon Maskın Londonda ifrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi yürüşdə etdiyi çıxış Böyük Britaniyada siyasi qalmaqala səbəb olub.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, İlon Mask sentyabrın 13-də Londonda keçirilən kütləvi aksiyada videobağlantı ilə iştirak edərək “ya mübarizə aparacaqsınız, ya da öləcəksiniz” deyib və ölkədə parlamentin buraxılmasının və hökumətin dəyişməsinin zəruri olduğunu bildirib.

Onun çıxışı siyasətçilər tərəfindən qeyri-münasib kimi qiymətləndirilib. Leyboristlər Partiyasından verilən açıqlamada bildirilib ki, demokratiyaya inanan siyasətçilər bu cür fikirlərdən açıq şəkildə uzaq durmalıdır.

Liberal Demokratların lideri Ed Deyvi isə Baş nazir Kir Starmerə, eləcə də digər partiya liderlərinə müraciət edərək İ.Maskın zorakılığa təhrik edən təhlükəli bəyanatlarını pisləməyə və milyarderin sanksiyalarla üzləşdirilməsini müzakirə etməyə çağırıb.

Polis isə açıqlayıb ki, aksiyada baş verən qarşıdurmalar nəticəsində indiyədək 24 nəfər saxlanılıb, 26 polis əməkdaşı xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Chosen
17
2
yeniazerbaycan.com

3Sources