EN

Çoxmərtəbəli binada partlayış baş verib, ölənlər və yaralanan var

Kiyevin Dneprovski rayonunda çoxmərtəbəli binalardan birinin mənzilində partlayış baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Kiyev polisi “Telegram”da məlumat yayıb. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ilkin məlumatlara əsasən, mənzildə qumbara partlayıb. “Partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb”, - polis əlavə edib. Hadisə yerində Dneprovski rayon polis idarəsinin istintaq-operativ qrupu, partlayış mütəxəssisləri, kinoloqlar və digər xidmətlər işləyir.

Chosen
20
7
avtosfer.az

9Sources